Bank Of Baku

“Bu dünyanın məzarları ağlamaz” kitabının təqdimat mərasimi keçirilib

“Bu dünyanın məzarları ağlamaz” kitabının təqdimat mərasimi keçirilib
# 31 yanvar 2011 14:23 (UTC +04:00)
Bakı-APA. Şair Nizami Muradoğlunun Ərtoğrul Cavidin həyat və yaradıcılığına həsr olunmuş “Bu dünyanın məzarları ağlamaz” kitabının təqdim mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutan tədbirdə çıxış edən professor Nizaməddin Şəmsizadə yeni işıq üzü görmüş kitabda Ərtoğrul Cavidin Azərbaycan çağdaş ədəbiyyatında tutduğu mövqedən bəhs edildiyini və bunların Nizami Muradoğlu tərəfindən yüksək səviyyədə poetikləşdirildiyi diqqətə çatdırıb.

Təqdimat mərasimində orta məktəb şagirdləri Ərtoğrul Cavidə həsr olunmuş parçalar səsləndiriblər.

Tədbirdə çıxış edən qələm sahibləri kitabda yazılmış hər bir parçanı Hüseyn Cavid irsinə böyük bir ehtiramın təcəssümü kimi qiymətləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR