Bank Of Baku

Vasili Veliçkonun “Qafqaz. Rus işi və tayfalararası məsələlər” kitabının yeni nəşrinin təqdimatı keçirilib

Vasili Veliçkonun “Qafqaz. Rus işi və tayfalararası məsələlər” kitabının yeni nəşrinin təqdimatı keçirilib
# 03 fevral 2011 11:24 (UTC +04:00)
APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Prezident Administrasiyasının siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov xatırladıb ki, 1904-cü ildə nəşr olunan bu kitab Cənubi Qafqazda baş verən dramatik hadisələrə, orada yaşayan xalqların xüsusiyyətlərinə, bu regionun Rusiya üçün nə qədər əhəmiyyətli olmasına həsr edilib: “Vasili Veliçko vətənini çox sevən bir insan olub, dövlətinin təəssübkeşi olub və hələ o vaxtlar ermənilər üçün bu regionda münbit şərait yaratmaq istəyən Rusiya məmurlarının səriştəsizliyini göstərib”.

Elnur Aslanov kitabın yaxın vaxtlarda Rusiyada da çap olunacağı, ingilis dilinə tərcümə edilərək dünyada yayılacağını söyləyib. O bildirib ki, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonları tam azad olunmayana kimi Azərbaycan belə nəşrlərdən təbliğat məqsədi ilə istifadə edəcək.

Tədbirdə çıxış edən Gürcüstanlı alim, akademik Royen Metreveli rusiyalı tədqiqatçının bir çox məsələlərdə obyektiv mövqe tutduğunu, ermənilərin Qafqaza köçürülməsi, islamın dəyərləndirilməsi kimi məsələlərdə çox obyektiv olduğunu söyləyib. Alim həmkarlarını Qafqaz sivilizasiyasını qorumağa, onu dünyaya çatdırmağa çağırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, Vasili Veliçko Cənubi Qafqazı qarış-qarış gəzərək, mənbələri araşdıraraq bu kitabı yazıb. Akademik qeyd edib ki, Vasili Veliçko hələ 20-ci əsrin əvvəllərində erməni lobbisinin dünyaya təhlükə olduğunu göstərib, Rusiyanın Cənubi Qafqazda düzgün siyasət aparması üçün bu araşdırmanı həyata keçirib və öz tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR