Bank Of Baku

Çingiz Abdullayevin “Sonuncu divarın daşları” kitabının təqdimat mərasimi keçirilib - FOTO

Çingiz Abdullayevin “Sonuncu divarın daşları” kitabının təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 03 fevral 2011 13:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 3-də Kitab Klubunda Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin “Sonuncu divarın daşları” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın tərcüməçisi Munisə Dadaşqızı deyib ki, kitab Almaniya Demokratik Respublikası dağıldıqdan sonra oradakı ayrı-ayrı şəxslərin həyatından bəhs edir: “Əsərdə eyni zamanda satqın casusdan da söhbət gedir. Əsərin sonuna yaxın Dronqo o casusu tapır”.

Ç. Abdullayev əsərlərinin Azərbaycan dilinə tərcümələrindən razı olduğunu söyləyib. İndiyədək Azərbaycan dilində 70 kitabının işıq üzü gördüyünü diqqətə çatdıran yazıçı qeyd edib ki, onların satışından pul qazanmır, əldə etdiyi bütün gəliri Qarabağ köçkünləri və uşaq evlərinə verir. Ç. Abdullayev bildirib ki, yeni bir nəşriyyatla danışıqlar aparır. Danışıqların nəticəsi olaraq yazıçının Azərbaycan dilində olan kitabları seriya şəklində çap ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR