Bank Of Baku

Rəsul Rzanın həyat və yaradıcılığından bəhs edən sənədli filmin təqdimat mərasimi keçirilib - FOTO

Rəsul Rzanın həyat və yaradıcılığından bəhs edən sənədli filmin təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 03 fevral 2011 16:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Fevralın 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqında xalq şairi Rəsul Rzanın 100 illik yubileyi münasibətilə çəkilən “Çinar ömrü” sənədli filminin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Televiziyasında istehsal olunan filmin ssenari müəllifi Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Eldar Məmmədovdur.

Təqdimat mərasimində AYB sədri Anar, AzTV-nin rəhbəri Arif Alışanov, millət vəkilləri Fəttah Heydərov, Elmira Axundova, Gülər Əhmədova, şair Ramiz Rövşən və digər tanınmış mədəniyyət, incəsənət xadimləri iştirak ediblər.

Teatrşünas İlham Rəhimli bildirib ki, filmin “Çinar ömrü” adlandırılmasının səbəbi kimi Rəsul Rzanın ən çox sevdiyi ağaclardan birinin xan çinar olduğunu göstərib: “Bundan başqa, Göyçay çinar ağacları ilə zəngin olan bir rayondur. Bir də çinar ən uzun ömürlü ağaclardan sayılır. Rəsul Rzanın yaradıcılığı da çinar qədər uzun ömürlüdür”. Ssenari müəllifi, xalq yazıçısı Anar isə filmin yaradıcı heyətinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, “Çinar ömrü” Rəsul Rzanın həyat və yaradıcılığından geniş şəkildə bəhs edir. Filmdə sənədli, xroniki materiallardan, şairin canlı görüntülərindən, müsahibələrindən, öz ifasında səsləndirdiyi şeirlərdən istifadə olunub. Filmdə aktyorlardan Elşən Rüstəmov, Məmməd Səfa, Vidadi Əliyev, Rövşən Kərimduxt çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR