Bank Of Baku

Boris Pasternakın Azərbaycan dilində ilk kitabı dərc olunub

Boris Pasternakın Azərbaycan dilində ilk kitabı dərc olunub
# 09 fevral 2011 14:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) XX əsr rus ədəbiyyatının tanınmış nümayəndəsi, Nobel mükafatı laureatı Boris Pasternakın Azərbaycan dilində ilk kitabı çap olunub. APA-nın məlumatına görə, ədibin yaradıcı nümunələrini dilimizə yazıçı və şair Səlim Babullaoğlu tərcümə edib. Kitabda şairin məhəbbət, təbiət və başqa mövzularda olan “Qış gecəsi”, “Şəhərdə yaya”, “Mövlud ulduzu”, “Fani həyat” kimi 20-yə yaxın poeziya nümunəsi yer alıb. Mürəkkəb poetika
və dərin məzmunu, səmimiyyəti və axıcı dili ilə seçilən Boris Pesternak yaradıcılığı rus ədəbiyyatında xüsusi eyr tutur.

Qeyd edək ki, bu gün şairin 121 yaşı tamam olur. O, 1960-cı ildə 70 yaşında dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR