Bank Of Baku

Məhəmməd Əsəd bəylə bağlı məlumatlar Azərbaycanın orta və ali məktəb dərsliklərinə salınıb

Məhəmməd Əsəd bəylə bağlı məlumatlar Azərbaycanın orta və ali məktəb dərsliklərinə salınıb
# 15 fevral 2011 09:08 (UTC +04:00)
Bu barədə APA-ya Məhəmməd Əsəd bəyin tədqiqatçısı, Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun rəhbəri Nuridə Atəşi məlumat verib. N. Atəşi bildirib ki, M. Əsəd bəyin adının əbədiləşdirilməsi, onun adına bir küçə salınması, xatirə lövhəsi asılması və onun Azərbaycan yazıçısı kimi dərsliklərə salınması ilə bağlı müraciətinə ilk əvvəl təhsil naziri Misir Mərdanov reaksiya verib. M. Mərdanov N. Atəşini qəbul edərək dərslikləri təqdim edib və apardığı tədqiqatlara görə ona təşəkkür edib.

Nazir hələ orta məktəbdə ikən şagirdlərin Əsəd bəyi tanımalarını və öyrənmələrinin vacib olduğunu vurğulayıb və 11-ci sinif ədəbiyyat dərsliyində M. Əsəd bəy, onun məşhur romanı “Əli və Nino” haqqında məlumat olmasını vacib sayıb. Təhsil Nazirliyinin 24 noyabr 2010-cu il 1531 nömrəli əmri ilə ali məktəblər üçün nəzərdə tutulan “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”ndə “Qurban Səidin “Əli və Nino” romanı” başlığı altında M. Əsəd bəyin yaradıcılığına geniş yer ayrılıb. M. Mərdanov M. Əsəd bəyin Azərbaycanın böyük yazıçı olaraq həm dünyada, həm də vətənində tanıdılmasında Təhsil Nazirliyinin dəstəyinin davam edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR