Bank Of Baku

Elçinin “Sosrealizm bizə nə verdi?” mini-monoqrafiyasının müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib

Elçinin “Sosrealizm bizə nə verdi?” mini-monoqrafiyasının müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib
# 16 fevral 2011 10:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adın Ədəbiyyat İnstitutunda xalq yazıçısı Elçinin “Sosrealizm bizə nə verdi?” mini-monoqrafiyasının müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, dəyirmi masada çıxış edən institutun direktoru Bəkir Nəbiyev bildirib ki, Elçin ötən əsrin 60-cı illərindən bu günədək Azərbaycan ədəbiyyatında fərdi, orijinal üslubu olan nasir, dramaturq, kinossenarist və tərcüməçidir. “Sosrelizm bizə nə verdi?” monoqrafiyası isə Azərbaycan ədəbiyyatının dünəninə baxmaqla bu gününü obyektiv qiymətləndirməyə imkan verir.

Filologiya elmləri doktoru Qəzənfər Paşayev isə deyib ki, “Sosrealizm bizə nə verdi?” monoqrafiyası Yazıçılar Birliyində, ali məktəblərin filologiya fakültələrində geniş müzakirə edilməlidir: “Sosrealizm dövründə ədəbiyyatımızın qazandıqları itirdiklərindən dəfələrlə çox olub. Bu dövrdə milli ədəbiyyatımızın aparıcı janrları formalaşıb, sərbəst və mənsur şer, ədəbiyyat nəzəriyyəsi məhz bu dövrdə yaranıb, mükəmməl Azərbaycan ədəbiyyatı tarixi yazılıb, Azərbaycan tərcümə məktəbi, dilçilik elmi inkişaf edib. Lakin sosrealizm Azərbaycanda romantizm cərəyanına ciddi zərbə vurub. XX əsrin əvvəllərində mövcud olan bir sıra janrları qəbul etməyərək ədəbiyyata yeknəsəklik gətirib”.

Xalq yazıçısı Elçin bəyan edib ki, monoqrafiyanın yazılmasının əsas məqsədi sosrealizm dövründəki ədəbiyyata obyektiv qiymət verməkdir: “XX əsrin böyük bir hissəsi Azərbaycan mədəniyyətində və ədəbiyyatında sosrealizm metodu hökm sürüb. Sovet İttifaqının süqutundan 20 ildən artıq vaxt keçir. Bu elə bir vaxt kəsimidir ki, biz həmin dövrdəki ədəbiyyatımızın, mədəniyyətimizin məhsullarına obyektiv qiymət verək. İndi sovet dövründə olanların üstündən qara xətt çəkmək çox dəbdədir. Şübhəsiz ki, o dövrdə pis hadisələr də baş verib. 37-ci ilin timsalında Azərbaycan mədəniyyətinə böyük zərbələr vurulub. Amma bütün bunlarla bərabər, həmin dövrdə Azərbaycan mədəniyyəti və ədəbiyyatı inkişaf edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR