Bank Of Baku

“Gəncə şəhərinin tarixi” kitabının təqdimatı keçirilib

“Gəncə şəhərinin tarixi” kitabının təqdimatı keçirilib
# 16 fevral 2011 13:33 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün Gəncədə Heydər Əliyev Xatirə Muzeyində Gəncə şəhər ictimaiyyəti nümayəndələrinin, ziyalıların, din xadimlərinin, yaradıcı insanların, iş adamlarının iştirakı ilə “Gəncə şəhərinin tarixi” kitabının təqdimatı keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Gəncə Regional Elm Mərkəzinin direktoru Fuad Əliyev, Mərkəzin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə, Gəncə Dövlət Universitetinin dosenti Asif Cavadov çıxış ediblər.
Tədbir iştirakçılarına “Gəncə şəhərinin tarixi” adlı kitab təqdim edilib. Kitabda Azərbaycan tarixinin bir hissəsini təşkil edən Gəncə şəhərinin daş dövründən bu dövrədək bütün dövləri əhatə edir.
Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, təqdimatı keçirilən kitab Gəncənin tarixini daş dövründən bu dövrədək əhatə edir: “Mən hesab edirəm ki, bu kitabı oxumaq və təbliğ etməyə dəyər. Biz həqiqətən vətənpərvər təbəqə formalaşdırmaq istəyiriksə, tariximizi öyrənib təbliğ etməliyik”.
Qeyd edək ki, kitabın ərsəyə gəlməsində 36-dan çox alim iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR