Bank Of Baku

Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərgi keçirilir

Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərgi keçirilir
# 23 fevral 2011 08:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hüseyn Cavidin Ev Muzeyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərgi keçirilir. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgi “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı”na uyğun təşkil olunub.

Sərgidə müstəqillik illərində H. Cavidin Ev Muzeyinin açılış mərasimindən bəhs edən videoçəkiliş, H. Cavid məqbərəsinin, muzeyinin açılışına dair şəkillər, şairin 80, 100, 120 və 125 illik yubileylərinə həsr olunmuş konfranslardan çəkilmiş fotoşəkillər, “Cavidşünaslıq” çoxcildliyi, “Cavid hikməti” kitabı, fars dilinə tərcümə olunmuş H. Cavidin aforizmləri, H. Cavidin seçmə aforizmlərindən ibarət miniatür kitab, “Heydər Əliyev: müstəqilliyimiz əbədidir” çoxcildliyi, Hüseyn Cavid külliyyatının son beşcildlik nəşri, “Topal Teymur” kitabı nümayiş etdirilir.

Sərgi oktyabr ayınadək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR