Bank Of Baku

Yazıçılar Birliyində “Qəfil görüş: çağdaş polyak peziyası antologiyası” kitabının təqdimatı keçirilib

Yazıçılar Birliyində “Qəfil görüş: çağdaş polyak peziyası antologiyası” kitabının təqdimatı keçirilib
# 24 fevral 2011 12:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Qəfil görüş: çağdaş polyak peziyası antologiyası” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitab Polşa Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə çap olunub. Mərasimdə çıxış edən AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev kitabın nəşrini Azərbaycan Azərbaycan ədəbi həyatı üçün olduqca əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Polşanın Azərbaycandakı səfiri Mixail Labenda kitabın xalqlarımızın mədəniyyətlərinin yaxınlşamasında vacib addım olduğunu qeyd edib. O, kitabı Polşa poeziyası mütəxəssisləri və pərəstişkarları üçün dəyərli töhfə, gözlənilən qəfil görüş adlandırıb. Daha sonra kitabın tərcüməçilərindən biri, şair, tərcüməçi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu kitab haqqında məlumat verib. O bildirib ki, kitaba XX əsr Polşa poeziyasının korifeyləri, ədəbiyyat üzrə Nobel mükafatı laureatları – Çeslav Miloş və Vislava Şimborskanın, habelə digər görkəmli şairlər – Zbiqnev Herbert və Tadeuş Rujeviçin hər bir şairdən 10 şeir olmaqla bütövlükdə 40 şeir daxil edilib. Kitab Azərbaycanda son illərdə nəşr olunan ilk ikidilli poetik antologiya hesab olunur.

Kitabda şeirlərin tərcüməsini və bədii işlənməsini Səlim Babullaoğlu və Rəfail Tağızadə həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR