Bank Of Baku

Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibəti ilə tədbir keçirilib
# 24 fevral 2011 13:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Abdulla Şaiqin ev muzeyində Azərbaycanın görkəmli ədibi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, mərasimdə mədəniyyət və elm xadimləri, ədəbiyyatçılar, ziyalılar qonaq qismində iştirak ediblər. Tədbirdə Abdulla Şaiqin həyatı və yaradıcılığı haqqında maraqlı çıxışlar olub. Professor Alxan Bayramoğlu, muzeyin böyük elmi işçisi, dosent Minaxanım Əsədli ədibin yaradıcılığına nəzər salıblar. Miniatür kitab muzeyinin direktoru Zərifə Salahova tərəfindən ədibin yeni “Tülkü həccə gedir” miniatür kitabı təqdim edilib. Həmçinin 20 yaşını qeyd etdiyimiz Mənzil Muzeyinin yaranması, fəaliyyəti, gördüyü işlərdən bəhs olunub.
Mərasimdə A. Şaiqin əsərləri, şeirlərinə yazılmış musiqi nümunələri səsləndirilib. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti T. Ağasiyev Z. İsmayılzadənin “Yad et” mahnısını, A. Zeynallı adına Musiqi kollecinin muğam üçlüyü Şaiqin qəzəlləri üstündə muğam ifa ediblər. Tədbirin keçirilməsində məqsəd milli bədii fikir tarixində özünəməxsus yeri olan, qüdrətli ədibimiz, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqi bir daha yad etmək, yaradıcılığını təbliğ etmək, bu yöndə fəaliyyət göstərən Mənzil Muzeyinin işini təqdim etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR