Bank Of Baku

Bakıda Lesi Ukrainkanın 140 illiyi qeyd edilib - FOTO

Bakıda Lesi Ukrainkanın 140 illiyi qeyd edilib - <font color=red>FOTO</font>
# 24 fevral 2011 14:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Bakıda böyük Ukrayna şairəsi Lesi Ukrainkanın 140 illiyi ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, Ukraynanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir şairənin Qaradağ rayonunda adını daşıyan parkda, onun büstü önündə təşkil olunub.

Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Abbasov çıxış edərək Lesi Ukrainkanın həyat və yaradıcılığı barədə məlumat verib. O xatırladıb ki, Lesi Ukrainkanın adını daşıyın park 2004-cü ildə salınıb, elə həmin il şairənin büstü ucaldılıb. Ukraynanın İrpen şəhərində isə tanınmış oftalmoloq Zərifə Əliyeva adına park yaradılıb və onun büstü qoyulub.

Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili Miroslav Blaşşuk Lesi Ukrainkanın cəmi 42 il il yaşadığını, amma böyük ədəbi irs qoyub getdiyini söyləyib: “Ukrayna və Azərbaycan xalqlarını dərin əlaqələr birləşdirir. Bu gün Azərbaycan torpağında, Lesi Ukrainkanın abidəsi önündə toplaşmağımız onu göstərir ki, Azərbaycan xalqı Ukrayna şairəsini sevir. Abidənin belə gözəl bir yerdə quraşdırıldığına görə Qaradağ rayonu rəhbərliyinə və əhalisinə öz minnətdarlığımızı bildiririk”.

Tədbirdə Ukrayna həftə sonu məktəbinin şagirdləri Ukrayna dilində, Qaradağ rayon məktəbliləri isə Azərbaycan dilində Lesi Ukrainkanın şeirlərini oxuyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR