Bank Of Baku

Şamaxıda Mirzə Ələkbər Sabirin şerlərinin bədii qiraət müsabiqəsi keçirilir

Şamaxıda  Mirzə Ələkbər Sabirin şerlərinin bədii qiraət müsabiqəsi keçirilir
# 28 fevral 2011 07:21 (UTC +04:00)
Bakı-APA. Söz Azadlığını Müdafiə Fondu (SAMF) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Şamaxıda Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş “Bədii qiraət” müsabiqəsinə start verib. Fonddan APA-ya verilən məlumata görə, iki mərhələdən ibarət olacaq müsabiqəyə M.Ə.Sabirin doğum günü - 30 may tarixində yekun vurulacaq. Müsabiqənin birinci mərhələsi orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, Şamaxı Humanitar Kollecdə keçiriləcək. Artıq təşkilat komitəsinin üzvləri qeyd olunan təhsil ocaqlarında olaraq adıçəkilən müəssisə rəhbərləri ilə müsabiqənin əsasnaməsini, o cümlədən layihənin icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd M.Ə.Sabir yaradıcılığının təbliği, onun yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirməkdir. Yekun mərhələsində qalibləri tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə Şamaxıda fəaliyyət göstərən elm adamlarının da qatıldığı münsiflər heyəti seçəcək. Ənənəvi olaraq keçirilməsi planlaşdırılan müsabiqənin qaliblərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR