Bank Of Baku

Rusiyanın tanınmış ədəbi tənqidçisi Qarabağ hadisələrindən bəhs edən kitaba resenziya yazıb

Rusiyanın tanınmış ədəbi tənqidçisi Qarabağ hadisələrindən bəhs edən kitaba resenziya yazıb
# 28 fevral 2011 10:13 (UTC +04:00)
APA-nın məlumatına görə, materialda Dağlıq Qarabağ hadisələrinə həsr olunan azərbaycanlı müəllifin əsəri ətraflı təhlil olunub.
“Bu əsər öz hissiyyat və təxəyyülü ilə, süjetin emosional gərginliyi ilə, qəhrəmanların psixoloji dəqiqliyi ilə dastanın dərinliyinə çatır. Müəllif ətraflı izaha yol verir, və kitabın ön sözündə çoxmənalı işlədilən epiqraf: “Keçmiş, əgər sən onu unutmusansa, yenidən qayıdacaq”, sanki qorxunc gələcəyi vəd edir. Və həqiqətən də, keçən əsrin 80-ci – 90-cı illərində Qarabağ ətrafında baş verən hadisələrdə qədim etnosiyasi qarşıdurmanın qaranlıq tərəfi üzə çıxır” – deyə tənqidçi yazır. O xatırladır ki, Qarabağ münaqişəsi barədə çoxlu sayda geniş analitik məqalələr və təhlillər yazılıb, şahidlərin xatirələri var. Lakin tənqidçi qeyd edir ki, Zaur Akifoğlu öz “Qız və qurd” əsərində qlobal hədəfləri təyin etmir. İlk baxışda əsərin süjet xətti sadədir: əsər öz qurd sürüsünü məhv olunmaqdan qurtarmağa çalışan qoca qurddan bəhs edir. Gözlənilmədən o həmin qurdda öz düşmənlərinin – azərbaycanlıların - ideoloji simvolunu görən ermənilərin hədəfinə çevrilir. Bu qəddarlıq heyvani instinktlərindən irəli gəlmir, bu düşünülmüş qəddarlıqdır, və ona görə də xüsusilə qorxuncdur . Həyat istiqamətləri və xarakterlər qoca qurdun insanla mübarizəsində özünü büruzə verir: “Zaur Akifoğlu öz əsərini sərt ssenari üzərində qurub. Müəllifin ustalığı bu ağ-qara dramatik süjetə rəng qatır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR