Bank Of Baku

Azərbaycanlı yazıçının əsəri “Russkaya Premiya” beynəlxalq ədəbiyyat müsabiqəsində birinciliyə namizəddir

Azərbaycanlı yazıçının əsəri “Russkaya Premiya” beynəlxalq ədəbiyyat müsabiqəsində birinciliyə namizəddir
# 01 mart 2011 09:58 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Beynəlxalq ədəbiyyat müsabiqəsi olan “Russkaya Premiya”nın təşkilat komitəsi 2010-ci ilin yekunları əsasında birinciliyə namizədlərin geniş siyahısını elan edib. APA-nın Moskva müxbirinin məlumatına görə, siyahıda 12 ölkədən – Azərbaycan, Almaniya, İsrail, Qazaxıstan, Latviya, Niderland, Polşa, ABŞ, Ukrayna, Fransa, Ekvador və Estoniyadan 36 rusdilli yazıçı və şair yer alıb.

“Böyük nəsr” nominasiyasında Azərbaycanı “İki nəfər” romanı ilə Oksana Bulanova təmsil edib.

2010-cu ildə dünyanın 42 ölkəsindən müsabiqədə iştirak edən şair və yazıçılar ümumilikdə 642 yazı göndəriblər. “Kiçik nəsr” nominasiyası üzrə 212, “böyük nəsr” nominasiyası üzrə isə 175, “şeir” nominasiyası üzrə isə 120 əsər qeydiyyatdan keçib.

“Russkaya Premiya” müsabiqəsinin “qısa siyahı”sı mart ayının ikinci yarısında elan olunacaq. Qaliblər aprelin sonunda mükafatlandırılacaq.


Qeyd edək ki, bu müsabiqə 2005-ci ildən keçirilir. Məqsəd rus dilini inkişaf etdirmək, onu qoruyub saxlamaq və rusdilli yazıçılara dəstək verməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR