Bank Of Baku

Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş pyes rus dilində nəşr olunub - FOTO

Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş pyes rus dilində nəşr olunub - <font color=red>FOTO</font>
# 09 mart 2011 13:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunan «İkinci həyat» pyesi rus dilində nəşr olunub. APA-nın məlumatına görə, bu gün Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində kitabın təqdimatı keçirilib. Kitabı mərkəzin direktor müavini Mixail Ustinov təqdim edib. Bildirilib ki, pyesin müəllifi Teyyub Qurban Tağıyev haqqında çoxlu əsərlər yazıb, bu pyesin üzərində isə 20 ilə yaxın işlənib. 1993-cü ildə bu pyes əsasında Dövlət Gənclər Teatrının səhnəsində tamaşa qoyulub.
Elmi Təşkilatlar Birliyinin sədri Rəhim Hüseynov Hacı Zeynalabdin Tağıyevin həyatının öyrənilməsinin, təbliğ olunmasının vacibliyindən danışıb. O bildirib ki, sovetlər dövrində yüksək hökumət vəzifələrində çalışan zaman belə, Tağıyevin portreti onun kabinetində divardan asılı olub. Xeyriyyəçinin ailə üzvlər ilə daim ünsiyyətdə olduğunu söyləyən
R. Hüseynov kitabın rus dilinə tərcümə olunmasını vacib hadisə adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR