Bank Of Baku

Abdulla Şaiqin 130 illik yubileyi qeyd edilib – FOTO

Abdulla Şaiqin 130 illik yubileyi qeyd edilib – <font color=red>FOTO </font>
# 09 mart 2011 15:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gənc Tamaşaçılar Teatrında Azərbaycanın görkəmli ədibi, maarif və mədəniyyət xadimi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri başda olmaqla nazirliyin rəhbər heyəti, AMEA-nın və Azərbaycan Yazıçılar Birliyinin məsul şəxsləri, Azərbaycan elm və mədəniyyət xadimləri, Abdulla Şaiqin tədqiqatçıları, ali məktəblərin professor və müəllim heyəti, tələbələr, şagirdlər iştirak ediblər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında ədibin həyat və yuradıcılığıdan danışıb. Nazir müvaini bildirib ki, tədbirin keçirilməsində məqsəd milli bədii fikir tarixində özünəməxsus yeri olan Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqi bir daha xatırlamaq, yaradıcılığını təbliğ etmək, bu yöndə fəaliyyət göstərən mənzil-muzeyinin işini təqdim etməkdir. AMEA-nın həqiqi üzvü, akademik Bəkir Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar A. Şaiqin şəxsiyyəti, həyat və yaradıcılığı, bədii və elmi irsi haqqında danışıblar.

Mərasimdə yubiley münasibətilə nəşr edilən “Abdulla Şaiqin Mənzil Muzeyi. 1991-2011” kitabı, ədibin müxtəlif janrlı əsərləri, şeirlərinə yazılmış musiqi nümunələri təqdim olunub. Eyni zamanda Gənc Tamaşaçılar teatrının hazırladığı “Qaraca qız” tamaşasından, Dövlət Dram Teatrının ifasında “Eloğlu” dramından səhnələr göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR