Bank Of Baku

Bakı Dövlət Universitetində Nurməhəmməd Əndəlibin 350 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində Nurməhəmməd Əndəlibin 350 illik yubileyi qeyd olunub
# 10 mart 2011 12:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakı Dövlət Universitetində (BDU) böyük türkmən şairi Nurməhəmməd Əndəlibin 350 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, türk dünyasının tanınmış ədiblərindən olan Nurməhəmməd Əndəlib həm böyük poemalar müəllifi, həm lirik şerlər müəllifi kimi tanınıb.

A. Məhərrəmov deyib ki, son illər Türkmənistan və Azərbaycan arasında əlaqələr çox gözəl inkişaf edir və Türkmənistan prezidentinin BDU-nun fəxri doktoru seçilməsi də bu əlaqələrin inkişafına sübutdur.

Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov da Nurməhəmməd Əndəlibin türkmən ədəbiyyatında xüsusi rolu olduğunu vurğulayıb. Səfir Azərbaycan və Türkmənistan arasında əlaqələrin daim inkişaf etdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR