Bank Of Baku

Taras Şevçenkonun ölümünün 150 illiyi Bakıda qeyd olunub - FOTO

Taras Şevçenkonun ölümünün 150 illiyi Bakıda qeyd olunub - <font color=red>FOTO</font>
# 10 mart 2011 14:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Bu gün Bakıda Ukrayna şairi Taras Şevçenkonun ölümünün 150 illiyi ilə bağlı tədbirlər keçirilib. APA-nın məlumatına görə, Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları və Azərbaycanın Ukrayna İcmasının nümayəndələri şairin adını daşıyan parkda onun abidəsi önünə əklil qoyublar.
Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili Miroslav Blaşşuk çıxış edərək deyib ki, dahi Şevçenko 150 ildir ki, dünyasını dəyişib, amma bu, hiss olunmur: “500 ildən sonra da hiss etməyəcəyik, çünki onun yazdıqları unudula bilməz. 150 il əvvəl Şevçenko göylərə uçub, öz qanadları ilə Ukraynanı himayəsinə götürüb, bizə xoşbəxtliyi, azadlıği, bərabərliyi, qardaşlığı, o cümlədən Azərbaycan xalqı ilə gedən yolu göstərib”.

Azərbaycan Ukrayna Cəmiyyətinin binasında milli geyimli «Barvinok» ansablının üzvləri Taras Şevçenkonun şerlərini və mahnılarını ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR