Bank Of Baku

Azərbaycan kitabları Beynəlxalq Kitab Sərgisində nümayiş olunur

Azərbaycan kitabları Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
# 16 mart 2011 08:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Birləşmiş Ərəb Əmirliklərində Yaxın Şərqin ən böyük kitab sərgilərindən biri olan Əbu-Dabi Beynəlxalq Kitab Sərgisinin təntənəli açılışı olub. APA-nın məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Elbəy Əli bildirib ki, martın 15-də işə başlayan kitab bayramının kataloqunda Azərbaycan da yer alıb. 168 adda 265 nüsxə kitabla, ölkəmizi tanıdan çox sayda informatik bülletenlər, albomlar, broşürlar, jurnallar və kataloqlarla tədbirə qatılan milli ekspozisiya ilk gündən böyük maraq doğurub.
Elbəy Əli deyib ki, bu ilin sentyabrın 26-30-u arası II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçiriləcəyi nəzərə alınaraq il ərzində Azərbaycan kitab sənətinin uğurları dünyanın ən nüfuzlu sərgi-yarmarkalarında nümayiş etdiriləcək. London, Moskva, Frankfurt, İstanbul, Minsk və digər şəhərlərdə təşkil olunan ənənəvi sərgilər bu sıradandır. Nümayiş olunacaq kitablar arasında Azərbaycan tarixinə və müstəqillik uğrunda mübarizəyə, Heydər Əliyevin həyat yoluna, iqtisadi, siyasi, mədəni həyata aid nəşrlər, eyni zamanda incəsənət, mədəniyyət, ədəbiyyat istiqamətli nəşrlər var.
Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində Azərbaycan kitablarının nümayişi martın 20-nə qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR