Bank Of Baku

“İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının təqdimat mərasimi keçirilib – FOTO

“İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının təqdimat mərasimi keçirilib – <font color=red>FOTO </font>
# 16 mart 2011 14:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, millət vəkilləri, ziyalılar, mətbuat nümayəndələri iştirak ediblər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında İlyas Əfəndiyev yaradıcılığından danışıb və ona həsr olunan bu kitabı yüksək qiymətləndirib. Nazir bildirib ki, kitabda unudulmaz yazıçıya həsr olunmuş şeirlər, tanınmış şəxslərin ürək sözləri və qiymətli fotoşəkillər yer alıb. Heydər Əliyevin İlyas Əfəndiyev barədə fikirləri ilə açılan kitabda tərtibçi-redaktor Günay Əfəndiyevanın ön sözü, xalq yazıçısı Elçinin “Şeirə sığmayan ömür” məqaləsi yer alıb, Süleyman Rüstəm, Qabil, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Ramiz Rövşən, Tofiq Nurəli və başqa şairlərin qələmə aldığı şeir nümunələri toplanıb.
Tədbirdə akademik Bəkir Nəbiyev, millət vəkili Nizami Xudiyev, xalq artisti Nurəddin Mehdixanlı və başqaları İlyas Əfəndiyev haqqında fikirlərini bölüşüblər. Mərasimdə baş nazirin müavini, xalq yazıçısı Elçin də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR