Bank Of Baku

Nəriman Həsənzadənin 4 cilddə nəşr olunmuş “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib

Nəriman Həsənzadənin 4 cilddə nəşr olunmuş “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
# 29 mart 2011 10:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. M. F. Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin və kitabxananın təşkilatçılığı ilə xalq şairi Nəriman Həsənzadənin 80 illik yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib. Tədbir iştirakçılarına 7 cilddə nəşri nəzərdə tutulan “Seçilmiş əsərləri”n yeni çapdan çıxmış 4 cildi təqdim olunub. APA -nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Nizami Cəfərov, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, akademik Bəkir Nəbiyev, şair Vaqif Bəhmənli və digər tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak edib.

Kitabxananın direktoru Kərim Tahirov müasir Azərbaycan poeziyasında Nəriman Həsənzadənin xüsusi yeri olduğunu bildirib. Yeni işıq üzü görən kitablar barədə məlumat verən K. Tahirov qalan 3 cildin hazırda nəşrdə olduğunu deyib. Direktor yubileylə əlaqədar Milli Kitabxana tərəfindən “Nəriman Həsənzadə” adlı elektron məlumat bazasının hazırlandığını da söyləyib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev şairin yaradıcılığına nəzər salıb. Eyni zamanda onun ictimai-siyasi fəaliyyətinə də toxunaraq vaxtilə mətbuat və informasiya nazirinin müavini, Ali Sovetin deputatı olduğunu xatırladıb.

Çıxışlardan sonra elektron məlumat bazası tədbir iştirakçılarına təqdim olunub. Yubilyarın yaradıcılığını əhatə edən kitab sərgisi də nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR