Bank Of Baku

“Qızıl kəlmə” ədəbi mükafatına əsərlərin qəbulu başa çatıb

“Qızıl kəlmə” ədəbi mükafatına əsərlərin qəbulu başa çatıb
# 30 mart 2011 10:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Qızıl kəlmə” ədəbi mükafatına əsərlərin qəbulu başa çatıb. Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqəyə son iki ildə çap olunan 25 kitab təqdim olunub. Hazırda kitablar oxunma prosesindədir. Peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək kitabların adları mayın ilk ongünlüyü ərzində açıqlanacaq. Qaliblər nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi), poeziya əsərləri (poema, şeir, mahnı mətni), tənqid, ədəbiyyatşünaslıq və publisistika, orijinaldan bədii tərcümə nominasiyaları üzrə təyin olunacaq. Laureatlar rəmzi simvol olan döş nişanı, diplom və pul mükafatı ilə təltif ediləcəklər.

“Qızıl kəlmə” ədəbi mükafatı 2009-2011-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR