Anar: “Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə başqa namizəd axtarmıram” – MÜSAHİBƏ
- Qarşıdan AYB-nin qurultayı gəlir. Hazırlıqlar nə yerdədir?
- Qurultay payız aylarında keçiriləcək, indi ona hazırlıq gedir. Adətən məruzələr qurultayın gedişatında dinlənilir. Bu dəfə biz qərara aldıq ki, məruzələr qurultaya qədər olsun. Bu, həm də daha ətraflı söhbətə imkan yaradacaq. İkinci yenilik də odur ki, məruzələri yalnız gənclərə həvalə etmişik. Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutu hər il ədəbi prosesin müzakirəsini keçirir, orda alimlər ətraflı çıxış edib, ədəbi hadisələr haqda məlumat verirlər. Biz də burda gənc yazıçıların sözlərini dinləmək istədik. Artıq bir neçə məruzə oldu. Qismət gənc şairdir, cavanlar haqda məruzə etdi. Qulu Ağsəs şeir, Bəsti Əlibəyli tənqid haqda, İlqar Fəhmi nəsr, Qəşəm Nəcəfzadə uşaq ədəbiyyatı haqda məruzələr etdilər. Hələ üç məruzəmiz var, ədəbi əlaqələr haqda, filan. Bu, hazırlığın bir formatıdır. Başqa bir formatda isə rayonlarda, bölgələrdə görüşlər keçirmək fikrindəyik. Görək bölgələr necə işləyir, bizim 11 bölgədə filiallarımız var, onlardan da nümayəndələr seçəcəyik.
- Gənclər deyəndə, yadıma daha çox sizi tənqid edən gənclər düşür, bəlkə onlara qapılar açılsa, atalar və oğullar məsələsi də ortadan qalxar?
- Onlara hansı qapılar bağlıdır ki?.. Hansı saytı açırsan, onlar danışır, qəzet-jurnal çap etdirirlər. Televiziyaya çıxırlar. Yazıçılar Birliyini söymək üçün bizim öz tribunamızdan istifadə etməyəcəklər ki… Mən həmişə demişəm, işləmək istəyən, gəlsin.
- Bəlkə nə istədiklərini çağırıb soruşmaq lazımdır?
- Dəfələrlə çağırmışıq, üzv yazılmağa dəvət etmişik. Onlar deyirlər ki, biz Yazıçılar Birliyini qəbul etmirik, onu dağıdıb, ora bayrağımızı sancacağıq. Onların istədiyi odur ki, çəkilin kənara, biz gələk. Onu da çox gözləməli olacaqlar. Onların içərisində bir az istedadlıları var, o qədər böyük yox, az-çox istedadlıları, amma iddiaları istedadlarından böyükdür. Deyirlər biz dahiyik, dahi də Nizamidir. Bir də, adam özü özünə dahi deməz, dahinin özündən illər sonra onun haqqında “dahi imiş” deyilir. Nə isə... İstəməzdim söhbətimiz onlar barədə olsun.
- Bir gün “yoruldum” deyib çıxıb getmək istəsəniz, öz postunuza kimi namizəd verərdiniz?
- Mənim hələ belə fikrim yoxdur, ona görə də başqa namizəd axtarmıram.
- Yəni o posta yalnız özünüzü namizəd görürsünüz də?
- Mən yox, qurultay kimi görərsə, ona da səs verərəm. Mən heç kimə deyə bilmərəm ki, onu yox, məni seçin.
- Yaradıcılığınızda bir ləngimə var. 2002-ci ildə “Ağ qoç, qara qoç” çıxdı, sonra da son illər Nazim Hikmət barədə əsəriniz, vəssalam. Oxucu Anardan başqa əsərlər gözləyir...
- Gözləyən oxusun də. Son illər M. F. Axundov barədə kinossenari yazmışam, “LİK Azerbaydjana” adlı kitabım çıxıb, “Əsrin əsiri” həm rus, həm Azərbaycan dillərində çap olunub. Dövri mətbuatda da çıxış edirəm, bundan başqa neynəməliyəm mən?
- Əsərlərinizi oxuyanda təsəvvürümdə möhtəşəm portretiniz yaranmışdı, “Ədəbiyyat qəzeti”ndə çalışdığım illərdə o portretlə sizin aranızda fərqin şahidi oldum...
- Məsələn?
- Elə “Ədəbiyyat qəzeti”nin vəziyyəti... Ədəbiyyat yox, rəsmi dövlət qəzetinə çevrilib...
- O qəzet də daxil olmaqla, YB-nin bütün mətbu orqanları müstəqildir, mən baş redaktor deyiləm. Onlara demokratik qaydada rəhbərlik edirik. Mətbuat azaddırsa, redaktorların da fəaliyyətini məhdudlaşdırmağa ixtiyarımız yoxdur. Əvvəl də rəsmi yazılar olurdu, indi də var. Konkret “Ədəbiyyat qəzeti”nə gələndə, mən də çox şeydən razı deyiləm, dəfələrlə redaktora da demişəm. Bəzi təkliflər də vermişəm, ya eləyə bilmirlər, ya eləmək istəmirlər. Məsələn, telekanallar barədə icmal vermələrini istəmişdim. Bilirsiniz, belə bir praktika var. Biri gətirib zəif əsər verir, çap olunmur. Deyir ki, hə... bu Anarın işidir, qərəzli yanaşır. Mən redaktorlara etibar edirəm. Onlar buna cavabdehdirlər.
- AYB-nin mətbu orqanlarının hansı sizin istədiyiniz kimidir?
- Ayrı-seçkilik edə bilmərəm, buna vəzifəm yol vermir. 4 jurnalımız var, iki qəzetimiz. Biri bir az yaxşı gəlir işinin öhdəsindən, biri yox. Baxır redaktorun səviyyəsinə.
- Mənfi-müsbət qəhrəman var?
- Yox, mən bunu çoxdan demişəm ki, mənfi-müsbət insan
olmadığı kimi, mənfi-müsbət qəhrəmanlar da olmamalıdır. Hər bir insanda mənfi və müsbət cəhətlər var.
- Yəqin ona görə qəhrəmanlarınızı mənfiyə, müsbətə bölmək olmur. Bir dəfə ali məktəbdə əsərinizin müzakirəsində Təhminə barədə elə alovlu çıxış etdim ki, müəllim mənə dedi ki, bala, Təhminə sənin başını xarab eləyib, qoy onu kənara, oxu, amma özün ol...
- Hər bir insanın yaxşı, pis cəhətləri var.
- “Nobel” mükafatı barədə sizə sual verilib...
- “Nobel” mükafatı təzə düşüb ağızlarına. İndiyə qədər o mükafatı tanımayanlar indi deyirlər niyə Azərbaycan yazıçısı bu mükafatı ala bilmir. Mən də deyirəm ki, Ukrayna 40 milyondur, niyə heç bir yazıçısı bu mükafatı almayıb, Gürcüstan da həmçinin. O boyda Çindən cəmi bir nəfər alıb. Orta Asiya yazıçıları almayıb. Hindistandan bir nəfər alıb. Azərbaycan dilinin dairəsi məhduddur. “Nobel” mükafatı alanlar ingilis, ispan, fransız, rus dilində çox oxunanlardır.
Meyarlardan biri də siyasi məsələdir. Əsasən quruluşa qarşı dissident olanlara verilir. 5 rus yazıçısı “Nobel” alıb - Bunin, Soljenitsın, Pasternak, Brodski Sovet quruluşuna qarşı idilər. Orxan Pamuk istedadlı yazıçıdır, amma erməni “soyqırımı” barədə türklərin dediyinin əksini deməsəydi, bəlkə də “Nobel” verilməzdi ona. Bu o demək deyil ki, layiqlilər də almayıb.
Nobelçilər siyahısına nəzər salsanız, görərsiniz ki, adı ədəbiyyatdan silinib getmişlər də var. Və “Nobel” almayan elə yazıçılar var ki, alanlardan beş dəfə artıq layiqlidirlər. Təsadüf də rol oynayır. Bizim yığma futbol komandası dünya çempionu olanda yazıçılardan da kimsə “Nobel” alacaq.
- İndi nə üzərində işləyirsiniz?
- “LİK Azerbaydjana”nın 1-ci cildi çıxıb, 2-ci üzərində işləyirəm, ora da musiqiyə, rəssamlığa, teatr və kinoya aid yazılarım daxildir. Əlli faizi yeni yazılarımdır. Bu kitabı rus dilində yazmışam ki, özümüzdən başqa da kimsə oxusun.
- “Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin ardını yazmaq fikriniz vardısa, onu niyə özünüz yazmayıb, Günelə həvalə etdiniz?
- Bəziləri deyirdi ki, o əsərin davamını yazın, deyirdim qəhrəman sonda ölürsə, o əsərin necə davamı ola bilər? Bir dəfə Günelin yanında dedim ki, bu olsa, yalnız gündəlik formasında olar. Günel də maraqlandı, yazdı.
- Günelin timsalında ədəbiyyata yeni istedad gəlir deyə bilərsiniz?
- O özü özünə yazar yox, həvəskar deyir. Mənim qızımı tərifləməyim düz deyil, amma ədəbi zövqümə inanırsınızsa, məncə, istedadlı yazıçıdır. Meyar istedaddır, kimin övladı olursan-ol, fərqi yoxdur.
- Mətbuata arzunuz...
- Bir az obyektiv, yalan, böhtandan uzaq olsunlar. Bilmədiklərini yazmasınlar. Ən kəskin tənqidi qəbul edirəm, amma böhtanı, yalanı yox. Bu tənqid deyil, tərbiyəsizlikdir.
- Çox gərgin və səbirsiz görünürsünüz?
- Siz mənim yerimə olsaydınız, bundan betər görünərdiniz.
Ədəbiyyat
Nazir müavini: XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox müxtəlif səpkili tədbirlər keçiriləcək
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib - FOTO
Sevda Tahirli: Babam Mirzə Ələkbər Sabir haqqında doğru sandığımız, amma yanlış olan bəzi məsələlər var - MÜSAHİBƏ
“Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə onlayn səsvermə başlayıb
Xəbər Lenti
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb