Bank Of Baku

“Arazdan gələn səs” romanının təqdimatı və müəlliflə imza günü keçirilib

“Arazdan gələn səs” romanının təqdimatı və müəlliflə imza günü keçirilib
# 12 aprel 2011 11:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) “Qızıl qələm” mükafatı laureatı Şövkət Zərin Horovlunun “Arazdan gələn səs” romanının təqdimatı və müəlliflə imza günü keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən AYB-nin katibi Rəşad Məcid bildirib ki, əslən Cəbrayıl rayonundan olan Ş. Z. Horovlunun yaradıcılığında Qarabağ mövzusu üstünlük təşkil edir: “Elə təqdimatı keçirilən “Arazdan gələn səs” romanı da Qarabağ acılarını ədəbiyyata gətirməyə xidmət edir”.

“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli isə deyib ki, müəllif AYB-nin “Qurbani”, “Məhsəti” şairlər məclisinin üzvü, 5 şer və poemalar, bir uşaq şerləri kitabının müəllifidir. “Arazdan gələn səs” kitabı isə müəllifin nəsr sahəsində ilk qələm təcrübəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR