Bank Of Baku

“Bağdadda yaranan Azərbaycan ədəbiyyatı və Ruhi Bağdadi divanı” kitabı çap edilib

“Bağdadda yaranan Azərbaycan ədəbiyyatı və Ruhi Bağdadi divanı” kitabı çap edilib
# 13 aprel 2011 10:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun şöbə müdiri Azadə Musabəylinin “Bağdadda yaranan Azərbaycan ədəbiyyatı və Ruhi Bağdadi divanı” kitabı iki cilddə çap edilib. Əlyazmalar İnstitutundan APA-ya verilən məlumata görə, ümumi həcmi 962 səhifə olan əsərdə XVI əsrdə Bağdadda yaranan Azərbaycan ədəbiyyatı şərh edilib, Məhəmməd Füzulidən sonra Bağdadın yetişdirdiyi ən böyük Azərbaycan şairi Ruhinin poetik irsi əlyazma qaynaqları əsasında əhatəli şəkildə araşdırılıb. Kitaba divanın dünyanın müxtəlif əlyazma mərkəzlərində mühafizə edilən 7 nüsxəsi əsasında hazırlanmış elmi-tənqidi mətninin transfoneliterasiyası da daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR