Bank Of Baku

““Molla Nəsrəddin” və mollanəsrəddinçilər” mövzusunda ədəbi məclis keçirilib

““Molla Nəsrəddin” və mollanəsrəddinçilər” mövzusunda ədəbi məclis keçirilib
# 13 aprel 2011 13:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Cəlil Məmmədquluzadənin ev-muzeyində ““Molla Nəsrəddin” və mollanəsrəddinçilər” mövzusunda ədəbi məclis keçirilib. APA-nın məlumatına görə, tədbirdə Cəlil Məmmədquluzadənin tədqiqatçıları, yazıçı-publisistlər, jurnalistlər, karikaturaçı rəssamlar, tələbələr və Bakı muzeylərinin əməkdaşları iştirak ediblər.

Tədbirdə Cəlil Məmmədquluzadənin həyat və fəaliyyəti, “Molla Nəsrəddin” jurnalının nəşr tarixi, mollanəsrəddinçi ədib, şair və rəssamlar haqqında çıxışlar dinlənilib.

Azərbaycan Milli Dövlət Arxivinin direktoru Ataxan Paşayev “Milli Dövlət Arxivinin fondlarında Cəlil Məmmədquluzadə və digər mollanəsrəddinçilərə aid materiallar haqqında”, “Kirpi” jurnalının baş redaktoru Polad Qasımov ““Molla Nəsrəddin” və müasirlərimiz”, karikaturaçı-rəssam Hafiz Nəsiroğlu “Mollanəsrəddinçi karikatura məktəbinin davamçıları mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbir iştirakçıları muzeyin əsas fondlarının materiallarından hazırladıqları “Cəlil Məmmədquluzadə - “Molla Nəsrəddin”” səyyar sərgisi ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR