Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində əlcəzairli yazıçı ilə görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində əlcəzairli yazıçı ilə görüş keçirilib
# 18 aprel 2011 09:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində fransızdilli əlcəzairli yazıçı Maissa Beyin Azərbaycanın ictimai fəal qadınları ilə görüşü keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, Maissa Bey “Söz və Yazı” Əlcəzair Qadınlar Assosiasiyasının sədri və həmtəsisçisidir. Bu assosiasiyanın əsas vəzifəsi qadınların və uşaqların hüquqlarını qorumaqdan ibarətdir.

M. Bey çıxışında bildirib ki, Azərbaycana səfərlə bağlı dəvət ona çox maraqlı gəlib: “Əlcəzairlə Azərbaycan arasında oxşar problemlər çoxdur. Bu ölkələrin yalnız problemləri deyil, peyzajları da bir-birinə bənzəyir. Sizin xalçaların ornamentləri də mənə Əlcəzairi xatırladır. Ona görə də mənə elə gəlir ki, mən bu ölkəni çoxdan tanıyıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR