Bank Of Baku

Şamaxıda Mirzə Ələkbər Sabir şerlərinin bədii qiraət müsabiqəsi davam edir

Şamaxıda  Mirzə Ələkbər Sabir şerlərinin bədii qiraət müsabiqəsi davam edir
# 20 aprel 2011 07:55 (UTC +04:00)
Bakı-APA. Söz Azadlığını Müdafiə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə bu il fevralın 28-dən start verilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş “Bədii qiraət” müsabiqəsi davam edir. Söz Azadlığını Müdafiə Fondundan APA-ya verilən məlumata görə, artıq bununla bağlı Şamaxı Təhsil Şöbəsində ədəbiyyat müəllimlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə müsabiqənin gedişi müzakirə edilmiş və qarşıda duran vəzifələr müəyyən edilib. Bundan başqa, müsabiqə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında və Şamaxı Humanitar Kollecdə keçirilir. Xatırladaq ki, iki mərhələdən ibarət olacaq müsabiqənin birinci mərhələsinə aprelin 30-da yekun vurulacaq. Müsabiqənin birinci mərhələsində Şamaxının bütün təhsil müəssisələrində təhsil alan şagird və tələbələr iştirak edir. Təşkilat komitəsinin üzvləri qeyd olunan təhsil ocaqlarında olaraq adıçəkilən müəssisə rəhbərləri ilə müsabiqənin gedişi ilə maraqlanmış və layihənin icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd Mirzə Ələkbər Sabir yaradıcılığının təbliği, şairin yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirməkdir. Ənənəvi olaraq keçirilməsi planlaşdırılan müsabiqənin qaliblərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR