Bank Of Baku

AMEA Ədəbiyyat İnstitutunda Rabindranat Taqorun 150 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

AMEA Ədəbiyyat İnstitutunda Rabindranat Taqorun 150 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
# 06 may 2011 14:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda hind ədəbiyyatının klassiki, Nobel mükafatı laureatı Rabindranat Taqorun 150 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Caqdiş Mina, professor Abhicit Sen və səfirliyin təmsilçisi Səbinə Mütəllimova iştirak ediblər. Tədbiri giriş sözü ilə açan institutun direktoru Bəkir Nəbiyev bu ilin fevral ayında Hindistanın Azərbaycandakı səfiri Debnat Şounun institutda olduğunu, görüş zamanı R. Taqorun 150 illik yubileyinin Azərbaycanda keçirilməsi ilə bağlı tədbirlər planının müzakirə edildiyini və elmi sessiyanın keçirilməsinin qərara alındığını bildirib. R.Taqorun ən populyar əsəri “Fəlakət” romanı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini müqayisə edən B. Nəbiyev bu iki əsər arasında qəribə bir səsləşmənin olduğunu deyib: “R.Taqorun ədəbi irsi bir çox dünya xalqları kimi Azərbaycan xalqı üçün də əzizdir. Azərbaycan oxucusu bu böyük ədibin əsərləri ilə hələ ötən əsrin iyirminci illərindən tanışdır. Onun ən məşhur və tanınmış şeirləri, hekayələri və romanları 1923-cü ildən başlayaraq hər il müntəzəm şəkildə Azərbaycan dilinə tərcümə olunub”.

Tədbirdə səfir D.Şounun məktubunu tədbir iştirakçılarının nəzərinə çatdıran C. Mina R. Taqor irsinin bir sıra dünya xalqları üçün əhəmiyyətli olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR