Bank Of Baku

Türk Törə Ocağının “San yarlığı” mükafatının laureatları müəyyənləşdirilib

Türk Törə Ocağının “San yarlığı” mükafatının laureatları müəyyənləşdirilib
# 12 may 2011 12:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Türk Törə Ocağının “San yarlığı” mükafatının laureatları müəyyənləşdirilib.

APA-nın məlumatına görə, Beynəlxalq Mahmud Kaşqari Fondunun və Türk Törə Ocağının birgə mükafatı olan “San Yarlığı”ı dövlət müstəqilliyinin 20 illiyi ilə bağlı, Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş insanlara verilib. Mükafatlar laureatlar mayın 17-də, Azərbaycan Atatürk Mərkəzində təqdim olunacaq.

Məlumatda qeyd olunub ki, laureatlar Bilgələr Gənəşi (Ödül Komissiyası) tərəfindən müəyyənləşdirilir. Komissiyasının sədri Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi Elçin Hüseynbəylidir. Komissiyanın üzvləri isə Elxan Zal (Türk Törə Ocağı başqanı), professor Nizami Cəfərov (Azərbaycandakı Atatürk Mərkəzinin rəhbəri), Yaqub Dəliöməroğlu (Avrasya Yazarlar Birliyinin başqanı), Omar Sultanov (Qırğızıstan Yazarlar Birliyinin sədri), Ulukbəy Orazbayulı (Qazaxctan, “Yıldız” jurnalının baş redaktoru), Leniara Selimovadır (Krım).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR