Bank Of Baku

Qulamrza Səbri Təbrizinin “Günəşə doğru” şeir kitabının təqdimatı keçirilib

Qulamrza Səbri Təbrizinin “Günəşə doğru” şeir kitabının təqdimatı keçirilib
# 18 may 2011 13:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları İnformasiya Mərkəzində Böyük Britaniyanın Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizinin “Günəşə doğru” şeir kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, mərasimdə eyni zamanda Q. Təbrizinin təsisçisi olduğu “Güneyin səsi” aylıq elmi, ictimai, sosioloji, ədəbi jurnalının ilk sayı da oxucuların diqqətinə çatdırılıb.

Mərasimdə çıxış edən filologiya elmləri doktoru Sabir Nəbioğlu, Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Güney Azərbaycan bölməsinin elmi işçiləri müəllifin həyat və fəaliyyətindən danışıblar. Onlar Q. Təbrizini milli məfkurəyə sadiq qalan, azərbaycançı, demokrat, beynəlxalq aləmdə ölkəsini yetərincə təmsil edən şəxs olaraq xarakterizə ediblər.

Qeyd edək ki, kitabda əsas yeri müəllifin Güney Azərbaycanla bağlı xatirələri və milli mücadiləyə həsr olunan şerlər tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR