Bank Of Baku

Abdulla Şaiqin anadan olmasının 130-cu ildönümü ilə bağlı elmi sessiya keçirilib

Abdulla Şaiqin anadan olmasının 130-cu ildönümü ilə bağlı elmi sessiya keçirilib
# 18 may 2011 13:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda XX əsr Azərbaycan ədəbiyyatının klassiki, pedaqoq, ictimai xadim Abdulla Şaiq Talıbzadənin anadan olmasının 130-cu ili ilə bağlı elmi sessiya keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada çıxış edən institutun direktoru Bəkir Nəbiyev bildirib ki, A. Şaiq Azərbaycan bədii-estetik fikir tarixinin və romantizm cərəyanının mühüm simalarından biridir: “Abdulla Şaiqin yaradıcılığı populyarlığına görə Üzeyir Hacıbəyovla müqayisə oluna bilər. Yaradıcılığında azyaşlı oxuculara geniş yer ayıran Abdulla Şaiq onlara bu şeirlərlə dünyaya baxmaq üçün bədii pəncərə açıb”.

Professor Məhərrəm Qasımlı isə bildirib ki, Azərbaycan bayatıları ilk dəfə 1926-cı ildə A. Şaiq tərəfindən nəşr edilib. Sonralar bu bayatıların böyük bir hissəsinin ədibin özü və anası tərəfindən yazıldığı məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR