Bank Of Baku

Göyçayda xalq şairi Rəsul Rzanın anadan olmasının 101-ci ildönümü qeyd olunub

Göyçayda xalq şairi Rəsul Rzanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
# 21 may 2011 20:24 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Mayın 21-də Göyçay rayonunda xalq şairi Rəsul Rzanın anadan olmasının 101-ci ildönümü qeyd olunub. APA-nın Şirvan bürosunun xəbərinə görə şairin Göyçay şəhərindəki ev muzeyində keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz İbrahimov, xalq şairi Fikrət Qoca çıxış edərək Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Rəsul Rza yaradıcılığından, onun həyat və fəaliyyətindən bəhs edib, xalq şairinin 100 illik yubileyi ilə bağlı ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq ötən il respublikada böyük tədbirlərin keçirildiyini qeyd etmiş, şairin xatirəsinin əbədiləşdirilməsi üçün Göyçay şəhərində ev muzeyinin fəaliyyət göstərdiyini, orta məktəblərdən və küçələrdən birinə onun adının verildiyini, büstünün qoyulduğunu diqqətə çatdırıblar.
Tədbirdə Bəsti Əlibəylinin Rəsul Rza haqqında yazdığı “Ömrün birinci yüz ili”, Vaqif Yusiflinin “Rəsul Rza və müasir Azərbaycan poeziyası”, Rahib Uluselin “Ustad Rəsul Rza”, Sona Xəyalın “Mədəniyyəti, incəsənəti yaşadanlar”, “Əsrlərdən əsrlərə” kitabları şairin ev muzeyinə hədiyyə edilib. Sonda 7 nəfərə Rəsul Rza mükafatı təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR