Bank Of Baku

Xalq şairi Rəsul Rza haqqında yeni bədii-sənədli film çəkilib

Xalq şairi Rəsul Rza haqqında yeni bədii-sənədli film çəkilib
# 25 may 2011 20:43 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Xalq şairi Rəsul Rza haqqında “...yaşıl atlas, ömürdən səhifələr” adlı bədii-sənədli filmin çəkilişləri başa çatıb. Filmin ssenari müəllifi və rejissoru Əhliman Qafarov APA-nın Şirvan bürosuna bildirib ki, bir saat 30 dəqiqəlik film şairin həyat və yaradıcılığına həsr olunub. Şairin xatirələri üzərində qurulan filmdə onun lirik, fəlsəfi və dünyəvi şeirləri bədiiləşmiş dialoq şəkilində təqdim olunur.
Bədii-sənədli filmdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, şair Rəsul Rzanın qızı, Bakı Dövlət Universitetinin baş müəllimi, şərqşünas Fidan Rzayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, əməkdar artistlər Azad Şükürov, Zülfiyyə Eldarqızı, Ağalar Bayramov, Gülsabah Quliyeva, Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova, Neft Daşları Mədəniyyət Sarayının bədii rəhbəri, bədii qiraətçi Ruhəngiz Mustafayeva çəkilib. Rəsul Rzanın öz səsi ilə başlayan və bitən filmdə şairin uşaqlıq və gənclik illəri, müdrik çağı, maraqlı xatirələri öz əksini tapıb. Filmin çəkilişləri Bakı, Göyçay, İsmayıllı və Yevlaxda həyata keçirilib. Yaxın günlərdə filmin Bakı, Göyçay və Gəncədə təqdimatı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR