Bank Of Baku

Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin üzvləri Azərbaycan Yazıçılar Birliyinin sədri ilə görüşüblər

Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin üzvləri Azərbaycan Yazıçılar Birliyinin sədri ilə görüşüblər
# 02 iyun 2011 14:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) başqanı Yəhya Akenginin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anarla görüşüblər. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Anar bildirib ki, Türkiyə istisna olmaqla, digər türk dövlətləri müstəqilliklərinin 20 illiyini yaşayırlar. Müstəqillik illərində Azərbaycanın başına çox bəlalar gəldiyini, 20 Yanvar, Xocalı faciələrinin yaşandığını, torpaqların 20 faizinin işğal olunduğunu deyən Anar bildirib ki, bütün bunlara baxmayaraq, müstəqillik son 20 ildə Azərbaycanın qazandığı ən böyük töhfədir. Azərbaycanın müstəqillik illərində digər bir qazancı isə Türkiyə ilə uzun illər itirilmiş əlaqələrin bərpa edilməsidir.

Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç isə qeyd edib ki, son 20 ildə Dağlıq Qarabağ ətrafında baş verənlər Azərbaycana çox sıxıntılar çəkdirib, 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi yaranıb: “Amma bu qədər böyük problemin içində olsa da, Azərbaycan inkişaf etdi, gəlirləri artdı”. Səfir hər bir türkün olduğu yerdə türk dünyasına ən yaxşı xidmət etməli olduğunu deyib: “”Eurovision” yarışmasında Azərbaycanın birincilik qazanması hər birimizi qürurlandırdı. Nə mutlu “türkəm” deyənə. Qoy Azərbaycanımız sonsuza qədər yaşasın!”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR