Bank Of Baku

Bakıda Puşkinin heykəli önündə yazıçının anadan olmasının 212 illiyinə həsr olunmuş ənənəvi ədəbi görüş keçirilib

Bakıda Puşkinin heykəli önündə yazıçının anadan olmasının 212 illiyinə həsr olunmuş ənənəvi ədəbi görüş keçirilib
# 06 iyun 2011 08:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda Aleksandr Puşkinin heykəli qarşısında görkəmli rus yazıçısının anadan olmasının 212 illiyinə həsr edilmiş ənənəvi əbədi görüş keçirilib. APA-nın məlumatına görə, tədbir Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” və “Həmrəylik” Azərbaycan Xalqlarının Həmrəyliyi Respublika Cəmiyyəti tərəfindən təşkil olunub.

Tədbirin açılışında çıxış edən səfir Vladimir Doroxin bildirib ki, Azərbaycan müstəqil olduğu 20 il ərzində mədəni irsə çox hörmətlə yanaşır: “Əminəm ki, bu, gələcəkdə də belə olacaq. Bu, ölkələrimiz arasında mehriban münasibətlərin əsasıdır”.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin, Səbail rayon ictimaiyyətinin nümayəndələri, tələbələr və şagirdlər iştirak ediblər. Çıxışlardan sonra orta məktəblərin şagirdlərin Aleksandr Puşkinin şerlərini oxuyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR