Bank Of Baku

Gürcüstanda beynəlxalq rus-gürcü poeziya festivalı keçiriləcək

Gürcüstanda beynəlxalq rus-gürcü poeziya festivalı keçiriləcək
# 06 iyun 2011 22:39 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gündən Gürcüstanda “Gürcüstan yuxuları” (Сны о Грузии) adlı V beynəlxalq rus-gürcü poeziya festivalı başlayır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dünən tədbir iştirakçıları Batumi şəhərinə yola düşüblər. Poeziya festivalı beynəlxalq mədəni-maarif “Rus klubu” və rus dilli beynəlxalq Yazıçılar Federasiyasının təşkilatçılığı ilə Batumi şəhərində başlayacaq. Sonra festival Poti, Sxaltubo, Rustavi şəhərlərində davam etdiriləcək. Festivala 70 nəfərdən çox iştirakçı qatılıb. Tədbirdə Dünyanın 30 ölkəsindən şair, tərcüməçi, redaktorlar, nəşriyyat işçiləri, jurnalistlər poeziya barədə öz fikirlərini söyləyəcək və şeirlərini oxuyacaqlar. Məlumata görə, festivalın yekunu iyunun 15-də Gürcüstan paytaxtı Tiflisdə vurulacaq. Festivalda ABŞ, Kanada, Böyük Britaniya, Avstriya, Almaniya, Çexiya, İsrail, Ukrayna, Rusiya, Macarıstan, Polşa, Finlandiya, İsveç, Azərbaycan, və Ermənistandan gələn qələm sahibləri qatılırlar. Festival çərçivəsində yaradıcılıq gecələri, təqdimatlar, müzakirələr , dəyirmi masa, ədəbi və musiqili görüşlər, mətbuat konfransları və digər tədbirlər keçirilməyi nəzərdə tutulub.
Ölkəyə gələn qonaqları gürcü şair və tərcüməçiləri qəbul edirlər. Gürcüstan katolikosu II İlya və Moskvanın və bütün Rusiyanın patriarxı Kirill festivalın ünvanına təbriklərini göndəriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR