Bank Of Baku

Firudin Ağasıoğlunun “Etrusk-Türk bağı” kitabının təqdimat mərasimi keçirilib

Firudin Ağasıoğlunun “Etrusk-Türk bağı” kitabının təqdimat mərasimi keçirilib
# 07 iyun 2011 14:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Firudin Ağasıoğlunun (Cəlilov) “Etrusk-Türk bağı” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə jurnalist Sevil Nuriyeva F. Ağasıoğlunun elmi fəaliyyətindən danışıb. Kitab və nəşrdə yer alan araşdırmalar haqda məruzə ilə çıxış edən Firudin Ağasıoğlu deyib ki, 1975-ci ildən etrusk türkləri ilə bağlı araşdırmalara başlayıb. Müəllif bildirib ki, bu gün latın əlifbası kimi qəbul edilən əlifbanın da banisi etrusk türkləridir: “Azərbaycandan Anadolu və Liviya vasitəsilə indiki İtaliya ərazisinə köç edən və bizim etrusk türkləri kimi tanıdığımız türk toplumu dünya mədəniyyətinin inkişafına böyük töhfələr veriblər. İndi dilimizdə işlətdiyimiz bəzi sözlərin kökü etrusklardan gəlir. Latın əlifbası da məhz etrusk əlifbasından yaranıb. Etrusklar isə özlərinə “rasna” deyiblər ki, bu da “Aras” sözündən irəli gəlir”.

“Oğuz eli” İctimai Birliyinin köməkliyi ilə nəşr olunan kitabda etruskların mənşəyi, tarixi, etnoqrafiyası, mifologiyası və dili haqqında da məlumatlar yer alıb. Həmçinin, nəşrdə etrusk-türk əlaqələrindən geniş, həm də ilk dəfə sistemli şəkildə bəhs olunur.

Tədbirdə iştirak edən millət vəkilləri və alimlər də kitabla bağlı fikirlərini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR