Bank Of Baku

ATƏT-in Bakı Ofisinin rəhbəri bir qrup gənc yazarla görüşüb

ATƏT-in Bakı Ofisinin rəhbəri bir qrup gənc yazarla görüşüb
# 09 iyun 2011 16:20 (UTC +04:00)
Bakı-APA. Bu gün ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel kulis. az internet dərgisinin təşəbbüsü ilə bir qrup gənc yazarla görüşüb. APA-nın “Kulis.az”a istinadən yaydığı məlumata görə, səfir Azərbaycanda ədəbiyyatın inkişafı, kitab sənayesi və yayımçılığı məsələləri ilə maraqlanıb, yazarların ölkədə ədəbiyyatın durumu ilə bağlı düşüncələrini dinləyib.

Yazarlar ədəbiyyatın problemləri, xarici dillərdə nəşr olunmaq, digər ölkələrin yazar ocaqları ilə əməkdaşlıq qurmaqla bağlı məsələlərdən danışıblar. Yazarlar həmçinin ölkədəki kitab bazarının vəziyyəti, yazılan əsərlər barədə məlumat veriblər.

Səfir yazarlara uğurlar arzulayıb.

Qeyd edək ki, görüşdə kulis.az dərgisinin baş redaktoru Qan Turalı, Azad Yazarlar Ocağının sədri Aqşin Yenisey, AYB üzvləri Şərif Ağayar, Etimad Başkeçid, yazar Murad Köhnəqala, Günel Mövlud, Cəlil Cavanşir, Mirmehdi Ağaoğlu, Rəbiqə Nazimqızı iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR