Bank Of Baku

Almaniyada “Kitabi-Dədə Qorqud” simpoziumu keçirilir

Almaniyada “Kitabi-Dədə Qorqud” simpoziumu keçirilir
# 10 iyun 2011 11:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Slavyan Universiteti Almaniyanın Mayns Universitetinin Şərqşünaslıq İnstitutu və Germanistika bölümü, həmçinin Volkenştayn Cəmiyyəti ilə birlikdə ““Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” - ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı layihəsinin növbəti, ikinci simpoziumunu keçirir. APA-nın məlumatına görə, 10 ili əhatə edəcək layihə çəçivəsində simpozium Almaniyanın Mayns şəhərində başlayıb və iyunun 13-nə qədər keçirilməsi nəzərdə tutulur.

BSU-nun rektoru, professor Kamal Abdullayevin rəhbərliyi ilə Azərbaycan alimlərinin böyük bir qrupu mayın 8-də simpoziuma qatılıb. Simpoziumun işində Almaniyanın Bonn, Saarbrüken, Bremen, Berlin şəhərlərinin elm və təhsil ocaqlarından bir çox nüfuzlu alim-filoloqlar iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR