Bank Of Baku

Kitab Klubunda “Mənim Odlar diyarım” şeirlər və “Əruz vəzninin sadələşdirilmiş qəlibləri” kitablarının təqdimatı keçirilib

Kitab Klubunda “Mənim Odlar diyarım” şeirlər və “Əruz vəzninin sadələşdirilmiş qəlibləri” kitablarının təqdimatı keçirilib
# 18 iyun 2011 11:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Kitab Klubunda Şirvani Ədillinin “Mənim Odlar diyarım” şeirlər və “Əruz vəzninin sadələşdirilmiş qəlibləri” kitablarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, ilk kitabda vətənpərvərlik, sevgi, satirik və digər mövzularda olan şeirləri toplanıb. Kitab bədii ədəbiyyatla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Əruz vəzninin sadələşdirilmiş qəlibləri” kitabında isə, əruz vəzninin yaranması, xüsusiyyətləri, türkcəmizə və folklorumuza uyğunluq məsələlərinə toxunulub, bu vəznin daha asan öyrənilməsi üçün Azərbaycan şeirində işlənən əruz bəhrlərinin sadələşdirilmiş qəlibləri tərtib edilib. Kitab müəllifin bu mövzuda olan ilk kitabıdır. Hər iki kitabın redaktoru, həmçinin şeirlər kitabında ön sözün müəllifi dəyərli ziyalımız, filalogiya elmləri doktoru, professor Nəsir Əhmədlidir.

Qeyd edək ki, Şirvani Ədilli 1978-ci ildə Ağdamın Şıxbabalı kəndində anadan olub. 1995-99-cu illərdə Azərbaycan Texniki Universitetinin Avtomexanika fakültəsində təhsil alıb. Universiteti “Avtomobillər və avtomobil təsərrüfatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-2007-ci illərdə ikinci ali təhsilini Azərbaycan dövlət İqtisad Universitetində alıb. Şirvanı Ədilli Azərbaycan şeirində və musiqisində ritm məsələləri, o cümlədən şeir vəznlərinin tədqiqi ilə müstəqil surətdə məşğul olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR