Bank Of Baku

Sabir Rüstəmxanlının «Göy Tanrı» Türkiyədə növbəti dəfə çap olunub

Sabir Rüstəmxanlının «Göy Tanrı» Türkiyədə növbəti dəfə çap olunub
# 16 iyul 2011 09:11 (UTC +04:00)
Bakı - APA. Xalq şairi Sabir Rüstəmxanlının türklərin milli-mifoloji yaddaşına söykənərək Tək Tanrıçılıq və Böyük Köçdən bəhs edən «Göy Tanrı» romanı qısa müddətdə bir sıra dünya dillərinə tərcümə olunub.

APA-nın xəbərinə görə, bu ay Türkiyədə «Göy Tanrı» romanı «Göytanrının elçisi - XAN, bozkırın qurdu» adı ilə yenidən nəşr olunub.

Tanıtımda «Bir çox insanın hələ də bir peyğəmbər olaraq dünyaya göndərildiyinə inandığı Oğuz Xanın həyata gözlərini açdığı ilk gündən etibarən möcüzələrlə dolu bir elçilik görəvini aldığını anladan roman bütün Türk boylarının iziylə gedir» - deyə təqdim edilən romanı «Elhamra» Yayınları dərc edib.

Qeyd edək ki, bu, Türkiyədə «Göy Tanrı» romanının 3-cü nəşridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR