Bank Of Baku

Xalq yazıçısı Mirzə İbrahimovun foto və kino sənədlərinin tematik siyahısı hazırlanıb

Xalq yazıçısı Mirzə İbrahimovun foto və kino sənədlərinin tematik siyahısı hazırlanıb
# 12 avqust 2011 11:34 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Dövlət Kino-Foto Sənədləri Arxivi xalq yazıçısı Mirzə İbrahimovun arxivin fondunda saxlanılan foto və kino sənədlərinin tematik siyahısını hazırlayıb. Arxivdən APA-ya verilən məlumata görə, 422 saxlama vahidi fotosənədlər, 158 saxlama vahidi kino sənədlər yazıçının əmək fəaliyyətini və zəngin yaradıcılıq bioqrafiyasını əks etdirir.

Qeyd edək kİ, 1911-ci ilin oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığında Evə kəndində anadan olan yazıçının bu il 100 illiyi qeyd olunacaq. Yubiley tədbirlərinin keçirilməsi barədə dövlət başçısı sərəncam imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR