Bank Of Baku

Azərbaycan Ukraynada keçirilən 7-ci Beynəlxalq kitab sərgi-yarmarkasında səfirliyin tərtib etdiyi ekspozisiya ilə təmsil olunur

Azərbaycan Ukraynada keçirilən 7-ci Beynəlxalq kitab sərgi-yarmarkasında səfirliyin tərtib etdiyi ekspozisiya ilə təmsil olunur
# 17 avqust 2011 10:45 (UTC +04:00)
Kiyev-APA. Kiyevdəki “Ukrayna Evi” sarayında Ukrayna Dövlət Teleradio Komitəsinin təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan ölkəmizin Ukraynadakı səfirliyinin tərtib etdiyi ekspozisiya ilə təmsil olunur.

Səfirlikdən APA-ya verilən məlumata görə, Ukraynanın bütün regionlarından, həmçinin Azərbaycan, Bolqarıstan, İran, Rusiya, Belarus və Polşadan olan 100-dən artıq nəşriyyat şirkətlərinin iştirak etdiyi sərgi-yarmarka Ukraynanın müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar keçirilən rəsmi tədbirlər siyahısına daxil edilib. Tədbirin açılış mərasimində çıxış edən Ukraynanın baş naziri N. Azarov Ukrayna hökuməti tərəfindən ölkədə nəşriyyat işinin inkişafına ciddi əhəmiyyət verildiyini, gələn ilin dövlət büdcəsində bu sahənin dəstəklənməsi üçün nəzərdə tutulan vəsaitlərin həcminin iki dəfəyə qədər artırılacağını vurğulayıb.

Azərbaycanı təmsil edən ekspozisiyada son illər ərzində ölkəmizdə yüksək poliqrafik üsulla çap edilmiş kitablar və dövrü mətbuat nümunələri – Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən kitablar, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMEA Tarix İnstitutu, “Təhsil” nəşriyyatı tərəfindən buraxılmış nəşrlər, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinə, musiqisinə, görkəmli insanların yaradıcılığına, Ermənistan-Azərbaycan münaqişəsinə, Azərbaycan tarixinə həsr edilmiş kitablar, həmçinin səfirliyin dəstəyi ilə Kiyevdə Ukrayna dilində nəşr edilmiş kitablar – “Azərbaycan poeziyası antologiyası”, “Azərbaycan nağılları”, Y.Mahmudlunun “Azərbaycan: dövlətçiliyin qısa tarixi”, Aida İmanquliyevanın “Seçilmiş məqalələr”, Ramiz Mehdiyevin “Azərbaycanlıların genosidinin reallıqları” və s. kitablar nümayiş etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR