Bank Of Baku

Filologiya elmləri namizədi Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı çapdan çıxıb

Filologiya elmləri namizədi Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı çapdan çıxıb
# 01 sentyabr 2011 14:49 (UTC +04:00)
APA-nın məlumatına görə, “Qanun” nəşriyyatında dərc olunan kitabın ön sözünün müəllifi millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıdır. Kitabda Sona Vəliyevanın müxtəlif illərdə qələmə aldığı şeirləri toplanıb.

Qeyd edək ki, müəllifin indiyə qədər işıq üzü görmüş “Azərbaycançılıq, milli ideologiya və ədəbi-estetik təlim kimi” (2002), “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” (2003) elmi-publisistik və “Çəhrayı rəngli dünyam” (2007) şeirlər kitabı oxucular tərəfindən rəğbətlə qarşılanıb.

“Arazbarı” şeirlər kitabı Sona Vəliyevanın şair kimi oxucularla ikinci görüşüdür. Kitabda Vətən sevgisi və vətəndaşlıq mövqeyi, torpaq həsrəti, milli hisslərimizin, duyğularımızın, adət-ənənələrimizin, gündəlik həyatda rastlaşdığımız hadisələrin qeyri-adi yozumu, ən başlıcası isə Uca Tanrıya və onun yaratdığı insana, təbiət gözəlliklərinə irfani eşq insan qəlbini riqqətə gətirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR