Bank Of Baku

“Mirzə İbrahimov-100” adlı tədbir keçirilib

“Mirzə İbrahimov-100” adlı tədbir keçirilib
# 06 sentyabr 2011 12:25 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı şöbəsinin təşkilatçılığı ilə “Mirzə İbrahimov-100” adlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə yazıçının həyat və yaradıcılığından, Azərbaycan milli təfəkkürünün inkişafında göstərdiyi xidmətlərdən bəhs edilib.

DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı yazıçının yaradıcılığı barədə məlumat verərək deyib: “Mirzə İbrahimovun əsərləri bizim orta məktəb dərsliklərində çap edilməlidir ki, gənc nəsillər ondan nümunə götürə bilsinlər”.

Professor Cəmil Həsənli bildirib ki, M. İbrahimov Azərbaycan milli təfəkkürünün inkişafında çox böyük rol oynayıb: “O, milli ideya uğrunda mübarizənin milli dildən keçdiyini bilirdi. 1937-ci ildə keçmiş SSRİ respublikalarında təkcə Gürcüstan və Ermənistanda milli dil qəbul olunmuşdu. Yalnız XX qurultayda Azərbaycanda dil haqqında qanun qəbul olunub. Millətçi mövqeyinə görə Mirzə İbrahimov bir müddət işdən azad olunub. Bütün bunlara baxmayaraq, o, Cənubi Azərbaycanda baş verən proseslərin mühüm simalarından biri olub. Cənubda milli mücadilənin yatırılmasından sonra “Gələcək gün” romanını yazıb”.

Tədbirdə Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev, filologiya elmləri namizədi Rəhim Rəhimli, M. İbrahimovun qızı, “Literaturnıy Azərbaycan” jurnalının baş redaktoru Solmaz İbrahimova çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR