Bank Of Baku

Nizami Gəncəvi irsinin dünyada tanıdılması məqsədilə veb-səhifə hazırlanır

Nizami Gəncəvi irsinin dünyada tanıdılması məqsədilə veb-səhifə hazırlanır
# 07 sentyabr 2011 11:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlıq tədbirləri davam etdirilir. APA-nın məlumatına görə, yubiley ərəfəsində Nizami Gəncəvinin irsinin dünyada tanıdılması üçün veb-səhifə hazırlanır.

Xüsusi dizaynla hazırlanan internet səhifəsində görkəmli mütəfəkkirin bütün əsərləri, dahi şair haqqında yazılar rus, ingilis, alman və fransız dillərində yerləşdiriləcək.

Yubileylə bağlı Nizami Gəncəvinin irsinin araşdırılması komissiyasına daxil olmuş 100-dən artıq təklifin 30-dan çoxu qurumun iş planına salınıb. Artıq dahi şairin adına təqaüdlərin təsis edilməsi təklifi reallaşıb, onun yubileyi şərəfinə sikkələrin, döş nişanlarının, bəzək əşyalarının, buklet və müxtəlif çap məhsullarının hazırlanması üçün sifarişlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR