Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin qurultayı ilin sonunadək keçiriləcək

Azərbaycan Yazıçılar Birliyinin qurultayı ilin sonunadək keçiriləcək
# 08 sentyabr 2011 09:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı ilin sonunadək keçiriləcək. Bu barədə APA-ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib. Onun sözlərinə görə, yay ərzində birliyin üzvlərinin əksəriyyəti məzuniyyətdə olduğundan qurultaya hazırlıq işləri də aparılmayıb. Yaxın günlərdə AYB-nin rayon filiallarında hesabat iclasları keçiriləcək: “AYB dövlət büdcəsindən maliyyələşən qurum olduğundan qurultaya hazırlıq, yer ayrılması, bukletlərin və broşuraların buraxılması üçün əlaqədar qurumlara müraciət eləmək lazımdır. Ümid edirəm ki, bu hazırlıqlar ilin sonuna kimi başa çatacaq. Qurultay sədri seçəcək, sədr isə katibləri təyin edəcək. Qurultayda ötən qurultaydan bəri ədəbi prosesdə baş verən dəyişikliklər də müzakirə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR