Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinə yeni üzvlərin qəbulu dayandırılıb

Azərbaycan Yazıçılar Birliyinə yeni üzvlərin qəbulu dayandırılıb
# 08 sentyabr 2011 10:17 (UTC +04:00)
Bu barədə APA-ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu deyib. Onun sözlərinə görə, birliyə yeni üzvlər ancaq ekspertlərin rəyindən sonra qəbul olunur: “Bu il Birliyə cəmi 15-dək üzv qəbul olunub. Onlar da əvvəlki illərdən sənəd verən 400-500 nəfərin içindən seçilib. Yeni üzvlərin qəbul edilməməsinin digər səbəbi isə qurultay öncəsi olması və birlik üzvlərinin üzvlük vəsiqələrinin dəyişdirilməsidir”.

Ə. Əsgəroğlu deyib ki, birliyin üzvlük vəsiqələri standartlara cavab vermədiyindən dəyişdirilir: “Elə üzvlük vəsiqəsi istəyirik ki, üzvlərimiz müəyyən tədbirlərə gedəndə onu boyunlarından asa bilsinlər”.

Qeyd edək ki, hazırda AYB-nin 1650 üzvü var. Onlardan 350-si fəxri üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR